İnfantino İsrail-Fələstin münaqişəsi barədə: “FIFA geosiyasi problemləri həll edə bilməz”

Xəbərlər
3 Oktyabr 2025 05:18
31
İnfantino İsrail-Fələstin münaqişəsi barədə: “FIFA geosiyasi problemləri həll edə bilməz”

FIFA prezidenti Canni İnfantino Qəzzadakı vəziyyətdən danışıb.

İdman.biz bildirir ki, İnfantino təşkilatın “bölünmüş dünyada insanları birləşdirmək üçün futbolun gücündən istifadə etməyə çalışdığını” deyib.

“Bizim düşüncələrimiz bu gün dünyada baş verən çoxsaylı münaqişələrdə əziyyət çəkənlərlədir. Və futbolun hazırda verə biləcəyi ən mühüm mesaj sülh və birlikdir.

FIFA geosiyasi problemləri həll edə bilməz, lakin o, birləşdirici dəyərlərdən istifadə edərək futbolu bütün dünyada təbliğ edə bilər və etməlidir”, - FİFA prezidenti bildirib.

İdman.biz