Azərbaycanda ötən mövsümün ən yaxşı minifutbolçusu müəyyənləşib.
İdman.biz xəbər verir ki, bu barədə 2025/2026 mövsümü üçün təşkil olunmuş püşkatma mərasimində məlumat verilib.
Bu ada Azərbaycan yığmasının üzvü Təmkin Xəlilzadə layiq görülüb.
Ona mükafatı Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov təqdim edib.
Qeyd edək ki, Azərbaycan millisi bu il Bakıda keçirilmiş dünya çempionatının qalibi olub.