“Qarabağ”ın qolundan sonra yıxıldım, diz qapağım qopdu”.
Bu sözləri Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” - “Kopenhagen” matçı zamanı zədələnən azarkeş Əli Mübariz oğlu Hacıyev İTV-yə açıqlamasında bildirib.
O qeyd edib ki, “Qarabağ”ın qolundan sonra sevincini ifadə edərkən yerə yıxılıb və diz qapağı qopub:
“İnşallah, növbəti oyuna qədər sağalacağam. Həkim yoxlamasından sonra əməliyyat olunub-olunmayacağıma qərar veriləcək. “Qarabağ”ın növbəti oyunlarında iştirak etməyə çalışacağam”.
Ətraflı videoda: