Millimizin futbolçusu Polşadan ayrılacaq - Türkiyə klubu onu istəyir

Xəbərlər
2 Oktyabr 2025 17:10
21
Millimizin futbolçusu Polşadan ayrılacaq - Türkiyə klubu onu istəyir

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov qışda karyerasında dəyişiklik edəcək.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu “Motor”dan ayrılacaq.

Dadaşov yaxşı variantlardan birini dəyərləndirmək istəyir. Polşa klubunda az-az oynadığı üçün də, bu təklif onun üçün göydəndüşmə olub. Renat mövsümün sonuna qədər Türkiyədə icarə əsasında çıxış edə bilər. Ona “Iğdır”dan təklif gəlib.

Türkiyə 1-ci liqasında yarışan klub millimizin hücumçusunu altı aylıq icarəyə götürmək istəyir. Renatın “Motor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

İdman.biz