“Qarabağ” top alma üzrə ÇL-də “Nyukasl” və “Atletik”lə rəqabətdə

Xəbərlər
2 Oktyabr 2025 15:49
35
“Qarabağ” top alma üzrə ÇL-də “Nyukasl” və “Atletik”lə rəqabətdə

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk iki oyununda rəqiblərdən top almağa görə ön sıralarda qərarlaşıb.

İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi bu nominasiyada 4-cü pillədə yer alıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda iki matçda 87 dəfə buna müvəffəq olub.

Belçikanın “Yunion” klubu (115) birinci, İngiltərənin “Nyukasl” (97) kollektivi ikinci, İspaniya təmsilçisi “Atletik” (97) isə üçüncüdür.

Qeyd edək ki, “Qarabağ” I turda “Benfika”nı Portuqaliyada 3:2, II turda “Kopenhagen”i Bakıda 2:0 hesabı ilə məğlub edib.

İdman.biz