“Kəpəz”in yeni baş məşqçi bəlli olub.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “sarı-göylər” Azər Bağırova tapşırılıb. 44 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, “Kəpəz” ötən mövsümdə də Azər Bağırovun rəhbərliyi altında çıxış edib.