İstanbulun "Qalatasaray” futbol klubunun mətbuat xidməti “Liverpul”la oyundan sonra öz sosial şəbəkə hesabında “qırmızılar”ın məşhur “You Will Never Walk Alone” himnin sözlərini dəyişdirərək, rəqibə istehza edib.
İdman.biz xəbər verir ki, “Qalatasaray”ın sosial şəbəkədəki hesabını idarə edən şəxs “Liverpul”un “Sən əsla yalnız gəzməyəcəksən" (“You Will Never Walk Alone”) marşının ifadələrini "Sən əsla yalnız gəzməyəcəksən, amma xalsız gedə bilərsən”lə əvəz edib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Türkiyə təmsilçisi "Qalatasaray" İstanbulda İngiltərənin "Liverpul" klubuna minimal hesabla qalib gəlib.