“Milan” Levandovski ilə maraqlanır? - İDDİA

Xəbərlər
30 Sentyabr 2025 14:27
29
“Milan” Levandovski ilə maraqlanır? - İDDİA

İtaliyanın “Milan” futbol klubunun Robert Levandovskinin “Barselona”dakı gələcəyi ilə bağlı maraqlandığı iddia olunur.

İdman.biz xəbər verir ki, bu barədə journalist Luka Koen məlumat yayıb.

Məlumata görə, tərəflər arasında ilkin təmas qurulub, lakin rəsmi danışıqlar aparılmayıb. “Milan”ın məqsədi ulduz futbolçunun mövcud durumu və transfer ehtimallarını öyrənmək olub.

Xatırladaq ki, polşalı hücumçu hazırda “Barselona” ilə müqavilə üzrə çıxış edir və klub rəhbərliyi onunla yolları ayırmaq niyyətində olmadığını açıqlayıb. Bununla belə, Avropanın bir sıra klublarının Levandovskiyə maraq göstərdiyi bildirilir.

İdman.biz