“Fənərbaxça” inamlı qələbə qazandı – VİDEO

Xəbərlər
29 Sentyabr 2025 00:44
42
“Fənərbaxça” inamlı qələbə qazandı – VİDEO

“Fənərbaxça” öz meydanında “Antalyaspor”u məğlub edərək azarkeşlərini sevindirib.

İdman.biz xəbər verir ki, qollar qarşılaşmanın ikinci hissədə qeydə alınıb.

65-ci dəqiqədə Anderson Taliska penaltidən dəqiq zərbə ilə hesabı açıb. 90+2-ci dəqiqədə isə Sebastyan Şimanski fərqi artıraraq görüşün yekun nəticəsini müəyyənləşdirib – 2:0.

Qeyd edək ki, bu qələbədən sonra “Fənərbaxça” 15 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider “Qalatasaray”dan 6 xal geri qalır. “Antalyaspor” isə 10 xalla 8-ci yerdədir.

İdman.biz