“Barselona” 80 illik rekordunu təkrarladı

Xəbərlər
29 Sentyabr 2025 00:29
32
“Barselona” 80 illik rekordunu təkrarladı

“Barselona” 1944-cü ildə klub tərəfindən müəyyən edilmiş qollu seriya rekordunu təkrarlayıb.

İdman.biz "Opta"ya istinadən xəbər verir ki, bu, La Liqanın VII turunda “Barselona” – “Real Sosyedad” oyununda qeydə alınıb.

Kataloniya təmsilçisi ardıcıl 44-cü matçda qol vurublar. Bu müddət ərzində “Barselona” 125 dəfə fərqlənib. İlk rekord isə 1942-ci ilin noyabrından 1944-cü ilin fevralına qədər davam edib və həmin dövrdə 139 qol vurulub.

Qeyd edək ki, oyun 2:1 hesabı ilə “Barselona”nın qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra Hansi Flik rəhbərliyindəki komanda 19 xal toplayaraq La Liqa turnir cədvəlində liderliyə yüksəlib.

İdman.biz