“Real” klubunun altıqat İspaniya çempionu Xose Arakistayn 88 yaşında dünyasını dəyişib.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Real”, klub prezidenti və idarə heyəti Xose Arakistaynın ölümündən dərin kədər duyur və onu klub tariximizin ən böyük qapıçılarından biri kimi xatırlayır”, – deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Arakistayn 1961–1968-ci illər ərzində “Real”da 97 matçda çıxış edib. Bu müddət ərzində o, 1 Avropa Çempionlar Kubokunu, 6 İspaniya çempionluğu və 1 İspaniya Kubokunu qazanıb.
Xose həmçinin İspaniya millisinin qapıçısı olub və 1962-ci ildə Çilidə keçirilmiş dünya çempionatında ölkəsini təmsil edib.