İngiltərə Premyer Liqasının 6-cı turunda “Arsenal” səfərdə “Nyukasl”a qalib gəlib.
İdman.biz xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda keçirilən görüşü avstraliyalı hakim Cərred Cillett idarə edib.
34-cü dəqiqədə Nik Voltemade meydan sahiblərini önə çıxarıb – 1:0. 84-cü dəqiqədə Mikel Merino hesabı bərabərləşdirib. 90+6-cı dəqiqədə isə qonaqların müdafiəçisi Qabriel Maqalyayns komandasına qələbə qolunu qazandırıb – 1:2.
Qeyd edək ki, “Arsenal” 13 xalla turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. “Nyukasl” isə 6 xalla 15-ci yerdədir.