AFFA Ayxan Abbasovla bu şərtlərlə razılaşdı

Xəbərlər
28 Sentyabr 2025 14:27
64
AFFA Ayxan Abbasovla bu şərtlərlə razılaşdı

Azərbaycan milli komandasının yeni baş məşqçisi bəlli olub.

İdman.biz Sport1.az-a istinadən xəbər verir ki, yığmamızı Ayxan Abbasov çalışdıracaq.

Mütəxəssislə "1+2" şərti ilə müqavilə imzalanacaq.

Ayxan Abbasov yığmamızı Dünya Çempionatının seçmə mərhələsinin 4 oyununa çıxaracaq. Mütəxəssisin rəhbərlik etdiyi komanda bu görüşlərdə ən azı 1 xal qazansa, məşqçinin müqaviləsində yer alan şərt qüvvəyə minəcək.

Qeyd edək ki, yığmamız Dünya Çempionatının seçmə mərhələsində D qrupun yer alıb. Komandamız 2 oyuna 1 xal qazanmağı bacarıb. Millimizin növbəti görüşü Fransaya qarşı olacaq. Qarşılaşma oktyabrın 10-da Parisdə keçiriləcək.

İdman.biz