Millimiz dünya çempionatında 13-cü olub - FOTO

Xəbərlər
1 Avqust 2025 14:41
78
Millimiz dünya çempionatında 13-cü olub - FOTO

Qılıncoynadanlarımız Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dünya çempionatında iştirak edib.

İdman.biz xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət millimiz yarışda 13-cü olub.

Leyla Əhmədova, Səbinə Kərimova və Palina Kaspiaroviçdan ibarət kollektiv ilk görüşdə Sinqapur yığmasına 45:33 hesabı ilə qalib gəlib. Komandamız ən güclü səkkizliyə yüksəlmək üçün keçirilən qarşılaşmada ABŞ millisinə 26:45 hesabı ilə uduzub.

9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Misir sablyaçılarına 37:45 hesabı ilə uduzan komandamız Honkonq (45:39) və Ukrayna (45:44) seçmə kollektivlərinə qalib gəlib.

Qadın sablyaçıların şəxsi yarışında Palina Kaspiaroviç və Səbinə Kərimova qrup mərhələsini adlayaraq "64-lüy"ə kimi yüksəlsələr də, ən güclü "32-liy"ə keçirilən görüşlərdə məğlub olublar. Leyla Əhmədova isə mübarizəni qrup mərhəsində dayandırıb.

Saleh Məmmədov, Murad Əkbərov, Maqsud Hüseynli və Abbas Hüseynovdan ibarət sablya üzrə kişilərdən ibarət komandamız isə fransalı rəqiblərinə 19:45 hesabı ilə məğlub olub.

Kişi sablyaçıların şəxsi yarışında Maqsud Hüseynli, Murad Əkbərov və Saleh Məmmədov pley-offda uduzub. Abbas Hüseynov isə qrup mərhələsini adlaya bilməyib.

Kişi şpaqaçıların şəxsi yarışında Ruslan Həsənov qrup mərhələsini uğurla adlasa da, "64-lüy"ə yüksəlmək uğrunda keçirilən pley-off qarşılaşmasında məğlub olub.

İdman.biz