Azərbaycan qılıncoynadanları İslamiadada iki bürünc medal qazanıblar - FOTO

17 Noyabr 2025 21:14
232
Azərbaycan qılıncoynadanları İslamiadada iki bürünc medal qazanıblar - FOTO

Azərbaycan qılıncoynadanı Vahab Fətullayev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, yarımfinalda uduzan idmançı fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

İdmanın bu növündə çıxış edən digər təmsilçimiz Polina Kasperoviç da bürünc medal qazanıb. İdmançımız yarımfinalda Özbəkistan təmsilçisinə məğlub olub.

Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq.

İdman.Biz