Azərbaycanın qızlardan ibarət qılıncoynatmanın sablya növü üzrə birinci komandası III MDB Oyunlarında gümüş medal qazanıb.
İdman.biz "Report"a istinadla xəbər verir ki, yığma finalda Rusiya ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan (35:45) komanda gümüş mükafatla kifayətlənib.
Yarışda iştirak edən Azərbaycanın ikinci komandası isə yarımfinalda uduzaraq bürünc mükafata sahib çıxıb.
15:14
Azərbaycanın qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət ikinci komandası III MDB Oyunlarında bürünc medal qazanıb.
İdman.biz “Report”a istinadla xəbər verir ki, yığma yarımfinalda Rusiyaya 18:45 hesabı ilə uduzub.
Azərbaycanın əsas komandası isə yarımfinalda Özbəkistana qalib gəlib - 45:37.
Əsas komanda finalda Rusiyaya rəqib olub.
14:22
Azərbaycanın qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət ikinci komandası III MDB Oyunlarında yarımfinala vəsiqə qazanıb.
İdman.biz “Report” istinadla xəbər verir k, yığma 1/4 finalda Belarusdan güclü olub - 45:42.
Komanda yarımfinalda Rusiya kollektivi ilə üz-üzə gələcək.