III MDB Oyunları: Azərbaycan millisi gümüş medal qazandı - YENİLƏNİB

Xəbərlər
7 Oktyabr 2025 13:57
55
III MDB Oyunları: Azərbaycan millisi gümüş medal qazandı - YENİLƏNİB

Qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında gümüş medal qazanıb.

İdman.biz “Report”a istinadən xəbər verir ki, yığma finalda Rusiyaya uduzub.

Qarşılaşma rəqibin 45:35 hesablı qələbəsi ilə yekunlaşıb.

12:51

III MDB Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışları davam edir.

İdman.biz xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışlarda Azərbaycanın şpaqa üzrə oğlanlardan ibarət millisi yarımfinalda Özbəkistanla qarşılaşıb.

Rəqibini 42:37 hesabı ilə üstələyən millimiz həlledici görüşə vəsiqə qazanıb.

Komandamız finalda Rusiya ilə qarşılaşacaq.

İdman.biz