Azərbaycan qılıncoynadanları III MDB Oyunlarında iki medal qazanıblar.
İdman.biz xəbər verir ki, Valentina Zeynalova və Zərifə Hüseynova yarımfinala qədər irəliləməklə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Hər iki idmançımız finala gedən yolda Rusiya təmsilçilərinə məğlub olublar.
15:32
Azərbaycanın daha iki qılıncoynadanı III MDB Oyunlarında bürünc medalı özləri üçün təmin ediblər.
İdman.biz xəbər verir ki, Valentina Zeynalova və Zərifə Hüseynova yarımfinala yüksəlməklə bu uğura imza atıblar.
Qeyd edək ki, onlar qılıncoynatmanın sablya növündə mübarizə aparırlar.