III MDB Oyunları: Qılıncoynatma yarışında İLK MEDALIMIZ - YENİLƏNİB + FOTO

Xəbərlər
3 Oktyabr 2025 15:25
96
III MDB Oyunları: Qılıncoynatma yarışında İLK MEDALIMIZ - YENİLƏNİB + FOTO

Azərbaycan qılıncoynadanı Mirnuray Abasova III MDB Oyunlarında bürünc medal qazanıb.

İdman.biz xəbər verir ki, şpaqa növündə mübarizə aparan idmançı yarımfinalda Rusiya təmsilçisi Anastasiya Zabelina ilə qarşılaşıb.

Rəqibinə (14:15) məğlub olan idmançımız fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, qılıncoynatma üzrə yarışlar Gəncə İdman Sarayında keçirilir.

14:54

Azərbaycan qılıncoynadanı Mirnuray Abasova III MDB Oyunlarında bürünc medalı təmin edib.

İdman.biz xəbər verir ki, şpaqa növündə uğur qazanan idmançı 1/4 finalda Rusiya təmsilçisi Anastasiya İlyuşenkoya qalib gəlib.

M.Abasovanın finala gedən yoldakı rəqibi Anastasiya Zabelina (Rusiya) olacaq.

Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

İdman.biz