AVRO-2024: UEFA səbətləri açıqlayıb

Xəbərlər
22 Noyabr 2023 10:06
362
AVRO-2024: UEFA səbətləri açıqlayıb

UEFA AVRO-2024-ün final mərhələsi üçün səbətləri açıqlayıb.

İdman.biz xəbər verir ki, 21 komanda və Millətlər Liqasının pley-offundan gələcək 3 yığma 4 səbətdə bölünüb.

Son Avropa çempionu İtaliya axırıncı, onların finalda məğlub etdiyi İngiltərə 1-ci səbətdə yer alıb. Qardaş Türkiyə millisi isə 2-ci səbətdədir.

1-ci səbət: Almaniya, Portuqaliya, Fransa, İngiltərə, Belçika, İspaniya
2-ci səbət: Türkiyə, Danimarka, Macarıstan, Albaniya, Rumıniya, Avstriya
3-cü səbət: Niderland, Şotlandiya, Sloveniya, Xorvatiya, Slovakiya, Çexiya
4-cü səbət: İtaliya, İsveçrə, Serbiya, A, B, C yolunda pley-offların qalibləri

Qeyd edək ki, püşkatma mərasimi dekabrın 2-də Hamburqda keçiriləcək. Almaniya keçiriləcək çempionat gələn il iyunun 14-də start götürüb, iyulun 14-də yekunlaşacaq.

İdman.biz