Bu gün AVRO-2024-ün seçmə mərhələsinə yekun vurulub.
İdman.biz xəbər verir ki, keçirilən oyunlardan sonra final mərhələsini vəsiqə qazanacaq 20-ci yığmanın adına aydınlıq gəlib.
Öz meydanında Ermənistana qalib gələn Xorvatiya yığması bu hüququ əldə edib. Oyunun taleyini həll edən qolu Budimir vurub. Türkiyə millisi isə səfərdə Uelslə heç-heçə oynayaraq, qrup mərhələsini lider kimi başa vurub.
İ qrupunun birincisi son turda müəyyənləşib. Rumıniya öz meydanında İsveçi məğlub edərək, qrup qalibi olub.
Fransa yığması seçmə mərhələdə 100 faizlik nəticə göstərə bilməyib. Didye Deşamın yetirmələri Yunanıstanla görüşdə xal itkisi yaşayıblar.
Qeyd edək ki, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Danimarka, Albaniya, Niderland, Rumıniya, İsveçrə, Serbiya və Xorvatiya 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıb. Almaniya isə ev sahibi kimi bu hüquqa yiyələnib.
AVRO-2024, seçmə mərhələ
X tur
21 noyabr
B qrupu
23:45. Cəbəllütariq – Niderland - 0:6
Qollar: Stenqs, 10; 50; 62. Vieffer, 23. Koopmeiners, 38. Qakpo, 81
23:45. Yunanıstan – Fransa - 2:2
Qollar: Bakasetas, 56. İoannidis, 61 - Kolo Muanu, 42. Fofana, 74
Xal durumu: Fransa – 22 (8), Niderland – 18 (8), Yunanıstan – 13 (8), İrlandiya – 6 (8), Cəbəllütariq - 0 (8) xal.
D qrupu
23:45. Xorvatiya – Ermənistan - 1:0
Qol: Budimir, 43
23:45. Uels – Türkiyə - 1:1
Qol: Uilyams, 7 - Yusuf Yazıcı, 70 (pen.)
Xal durumu: Türkiyə - 17 (8), Xorvatiya – 16 (8), Uels – 12 (8), Ermənistan – 8 (8), Latviya - 3 (8) xal.
İ qrupu
23:45. Andorra – İsrail - 0:2
Qol: Kervos, 29 (öz qapısına). Kinda, 81
23:45. Kosovo – Belarus - 0:1
Qol: Antilevskiy, 43
23:45. Rumıniya – İsveçrə - 1:0
Qol: Alibek, 50
Xal durumu: Rumıniya – 22 (10), İsveçrə - 17 (10), İsrail – 15 (10), Belarus – 12 (10), Kosovo – 11 (10), Andorra - 2 (10) xal.
İdman.biz