Canni De Byazi: “Uşaqlar bundan artığını edə bilməzdilər”

Xəbərlər
19 Noyabr 2023 23:46
Canni De Byazi: “Uşaqlar bundan artığını edə bilməzdilər”

“Qarşılaşmadan əvvəl dediyim kimi, ağır oyun gözləyirdi bizi. Elə də oldu”.

İdman.biz xəbər verir ki, bunu AVRO-2024-ün seçmə mərhələsində son oyununu keçirən Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi deyib.

İtaliyalı mütəxəssis Belçika yığmasına 0:5 hesablı məğlubiyyətə şərh verib. De Byazi 10 nəfərlə oynamağın çətn olduğunu bildirib: “Güclü rəqibə qarşı mübarizə apardıq. Üç gündən bir oynamaq bizə çətindir. Seçmə mərhələdə az xal yığsaq da, sonadək mübarizə apardıq. Bu gün 10 nəfərlə oynamaq çətin idi. Uşaqlar bundan artığını edə bilməzdilər".

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə 7 xal toplayıb.