Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində son oyununu keçirib.
İdman.biz xəbər verir ki, F qrupunda mübarizə aparan Canni de Byazinin komandası Belçikanın qonağı olub.
İsveç üzərində qələbədən sonra səfərə yüksək əhval-ruhiyyədə yollanan yığmamız arzuolunan nəticə qazana bilməyib. Meydan sahibləri 5:0 hesabı ilə qazanıblar. Lukaku birinci hissədə 20 dəqiqədə 4 qol vuraraq, komandamızın məğlubiyyətində əsas rol oynayıb. Eddi İsrafilovun 17-ci dəqiqədə qırmızı vərəqə alması millimizi çətin vəziyyətdə qoyub. Uzun müddət azlıqda qalan yığmamız tsikli böyükhesablı məğlubiyyətlə başa vurub.
Nəticədə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsini 7 xalla 4-cü pillədə bitirib.
AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, X tur
19 noyabr
21:00. Belçika - Azərbaycan - 5:0
Qollar: Lukaku, 17; 26; 30; 37. Trossard, 90
Qırmızı vərəqə: Eddi İsrafilov, 24
Baş hakim: Gerqo Boqa (Macarıstan)
Belçika: Kun Kastels, Vaut Fas, Yan Vertongen, Timoti Kastan, Artur Teat, Orel Manqala, Aster Vranks, Leandro Trossard, Yohan Bakayoko, Ceremi Doku, Romelu Lukaku (k)
Ehtiyat oyunçular: Kaminski, Sels, Debas, Tilemans, Karrasko, Lyukbakio, Deman, Al-Dahil, Openda, Vermeeren, Salemakers, Baçuayi
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Rahil Məmmədov, Höccət Haqverdi, Toral Bayramov, Aleksey İsayev, Emin Mahmudov (k), Eddi İsrafilov, Renat Dadaşov, Mahir Emreli
Ehtiyat oyunçular: Yusif İmanov, Rəşad Əzizli, Cəlal Hüseynov, Turan Manafov, Coşqun Diniyev, Amin Seydiyev, Elvin Camalov, Ozan Can Kökcü, Qismət Alıyev, Nəriman Axundzadə, Rüstəm Əhmədzadə, Musa Qurbanlı
Brüssel. “Kral Baudouin” stadionu
1 |
Belçika |
8 |
6 |
2 |
0 |
21-4 |
20 |
2 |
Avstriya |
8 |
5 |
2 |
1 |
19-7 |
19 |
3 |
İsveç |
8 |
2 |
1 |
4 |
14-12 |
10 |
4 |
Azərbaycan |
8 |
2 |
1 |
4 |
7-16 |
7 |
5 |
Estoniya |
8 |
0 |
1 |
6 |
2-22 |
1 |
İdman.biz