AVRO-2024: Fransa 14:0 hesabı ilə qələbə qazanıb - VİDEO

Xəbərlər
19 Noyabr 2023 01:41
AVRO-2024: Fransa 14:0 hesabı ilə qələbə qazanıb - VİDEO

Bu gün AVRO-2024-ün seçmə mərhələsində IX tura yekun vurulub.

İdman.biz xəbər verir ki, üç qrupda yeddi oyun keçirilib.

B qrupunda yer alan Fransa tarixi qələbə qazanıb. Komanda cırtdan ölkə Cəbəllütariqə 14:0 hesabı ilə qalib gəlib. 38 dəqiqəyə 7 qol vuran "üçrənglilər" fasilədən sonra da "qol yağışı"na davam ediblər.

Qrupun digər matçında Niderland yeganə qolla İrlandiyanı məğlub edib. Bu qələbə "narıncılar"a AVRO-2024-ün final mərhələsinə yüksəlmək şansı verib.

Günün ən maraqlı İsrail və Rumıniya komandaları arasında olub. Son iki qarşılaşmada xal itirən İsrail yığması yenə qələbə qazana bilməyib. Nəticədə İ qrupunda bütün suallara aydınlıq gəlib. İsveçrə və Rumıniya Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.

Uelsin Ermənistanla görüşdə xal itirməsi Xorvatiyanı 2-ci pilləyə yüksəldib. Son turda "damalılar" qələbə qazanacaqları təqdirdə Türkiyə yığması ilə birlikdə Almaniyaya vəsiqə əldə edəcəklər.

Qeyd edək ki, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Danimarka, Albaniya, Niderland, Rumıniya və İsveçrə 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıb. Almaniya isə ev sahibi kimi bu hüquqa yiyələnib.

AVRO-2024, seçmə mərhələ

18 noyabr
IX tur

B qrupu
23:45. Fransa – Cəbəllütariq - 14:0
Qollar:
Santos, 3 (öz qapısına), Mouelhi, 5 (öz qapısına), Zaire-Emeri, 16. Mbappe, 30 (pen.); 75; 82. Klauss, 34. Koman, 36; 66. Fofana, 38. Rabio, 64. Dembele, 73. Jiru, 89; 90+1
23:45. Niderland – İrlandiya - 1:0
Qol:
Veqhorst, 12
Xal durumu: Fransa – 21 (7), Niderland – 15 (7), Yunanıstan – 12 (7), İrlandiya – 6 (8), Cəbəllütariq – 0 (7) xal.

D qrupu
18:00. Ermənistan – Uels - 1:1
Qollar:
Zelarayan, 5 - Tiknizyan, 45+2 (öz qapısına)
21:00. Latviya – Xorvatiya - 0:2
Qollar:
Mayer, 7. Kramarıç, 16
Xal durumu: Türkiyə - 16 (7), Xorvatiya – 13 (7), Uels – 11 (7), Ermənistan – 8 (7), Latviya – 3 (7) xal.

İ qrupu
21:00. Belarus – Andorra - 1:0
Qol:
Laptev, 83
23:45. İsrail – Rumıniya - 1:2
Qollar:
Zahavi, 2 - Puskaş, 10. Hagi, 63
23:45. İsveçrə - Kosovo - 1:1
Qol:
Varqas, 48 - Hiseni, 82
Xal durumu: Rumıniya – 19 (9), İsveçrə - 17 (9), İsrail – 12 (9), Kosovo – 11 (9), Belarus – 9 (9), Andorra - 2 (9) xal.

İdman.biz