Bu gün AVRO-2024-ün seçmə mərhələsində IX tura start verilib.
İdman.biz xəbər verir ki, turun ilk günündə 9 görüş baş tutub.
Daha iki yığma Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Macarıstan və Slovakiya bu hüququ əldə ediblər. Oyunların nəticəsinə əsasən final mərhələsinə vəsiqə qazanan komandaların sayı 11-ə yüksəlib.
Macarıstan səfərdə Bolqarıstanla heç-heçə oynayıb. Macarlar 90+7-ci dəqiqədə avtoqol sayəsində bir xal qazanıblar və bu, onlara final mərhələsinə vəsiqəni təmin etmək imkanı verib. Slovakiya isə öz meydanında İslandiyaya 4:2 hesabı ilə qalib gəlib.
Portuqaliya yığması seçmə mərhələsində keçirdiyi 9-cu oyunda da qələbə qazanıb. Komanda bu dəfə səfərdə Lixtenşteyni 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan və Slovakiya 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıb. Almaniya isə ev sahibi kimi bu hüquqa yiyələnib.
AVRO-2024-ün seçmə mərhələsi
IX tur
16 noyabr
A qrupu
21:00. Gürcüstan - Şotlandiya - 2:2
Qollar: Kvaratsxeliya, 15; 57 - Maktominay, 49. Şankland, 90+3
21:00. Kipr - İspaniya - 1:3
Qollar: Pileas, 75 - Yamal, 5. Oyarzabal, 24. Xoselu, 28
Xal durumu: İspaniya – 18 (7), Şotlandiya – 16 (7), Norveç – 10 (7), Gürcüstan – 8 (7), Kipr – 0 (8)
F qrupu
21:00. Azərbaycan - İsveç - 3:0
Qollar: Emin Mahmudov, 3; 89. Renat Dadaşov, 6
21:00. Estoniya - Avstriya - 0:2
Qollar: Laymer, 24. Leinhart, 40
Xal durumu: Avstriya - 19 (8), Belçika - 17 (7), İsveç - 7 (7), Azərbaycan - 7 (7), Estoniya - 1 (7)
G qrupu
21:00. Bolqarıstan - Macarıstan - 2:2
Qollar: Delev, 24. Despodov, 79 (pen.) - Adam, 10. Petkov, 90+7 (öz qapısına)
23:45. Monteneqro - Litva - 2:0
Qollar: Kuç, 3. Yovetiç, 48
Xal durumu: Macarıstan – 15 (7), Serbiya – 13 (7), Monteneqro – 11 (7), Litva - 6 (8), Bolqarıstan – 3 (7)
J qrupu
23:45. Lüksemburq - Bosniya və Herseqovina - 4:1
Qollar: Olesen, 6. Rodriges, 29 (pen.); 90+5. Martins Pereyra, 56 - Qoykoviç, 90+4
23:45. Slovakiya - İslandiya - 4:2
Qollar: Kuçka, 30. Duda, 36 (pen.). Haraslin, 47 - Oskarsson, 17. Qudyonsen, 74
23:45. Lixtenşteyn - Portuqaliya - 0:2
Qollar: Kriştiano Ronaldo, 47. Kanselo, 57
Xal durumu: Portuqaliya – 27 (9), Slovakiya – 19 (9), Lüksemburq – 14 (9), İslandiya - 10 (9), Bosniya və Herseqovina – 9 (9), Lixtenşteyn – 0 (9)
İdman.biz