Belçika - İsveç matçından öncə terror törədən saxlanılıb

Xəbərlər
17 Oktyabr 2023 12:08
180
Belçika - İsveç matçından öncə terror törədən saxlanılıb

Brüsseldə AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Belçika - İsveç matçından öncə terror törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İdman.biz xəbər verir ki, o, bu gün səhər saatlarında polisin Şaerbek Bələdiyyəsi ərazisində keçirdiyi əməliyyat zamanı ələ keçirilib.

2 isveçli azarkeşi güllələyərək öldürməklə şübhəli bilinən 45 yaşlı şəxs Tunis vətəndaşıdır. Onun 2019-cu ilin noyabrında Belçikaya sığınacaq üçün müraciət etdiyi də bildirilir.

Qeyd edək ki, silahlı insidentdən sonra oyun ilk hissədən (1:1) sonra dayandırılıb və azarkeşlər stadiondan təxliyə olunublar.

İdman.biz