İsveçrənin 1/4 final lənəti - 5-ci dəfə

Xəbərlər
7 İyul 2024 00:18
185
İsveçrənin 1/4 final lənəti - 5-ci dəfə

İsveçrə yığması növbəti dəfə böyük turnirlərdə mübarizəni 1/4 finalda dayandırıb.

İdman.biz xəbər verir ki, bu hala 5-ci dəfə rast gəlinib.

AVRO-2024-ün 1/4 finalında isveçrəlilər İngiltərəyə uduzublar (1:1, pen. 3:5). Komanda bundan əvvəl 3 dəfə dünya (1934, 1938, 1954) və 1 dəfə Avropa çempionatında (2020) bu mərhələdə çıxışını başa vurub. İsveçrə millisi Avropa yığmaları arasında antirekorda imza atıb.

İdman.biz