Lemann İspaniyaya “uşaqların komandası” deyib

Xəbərlər
4 İyul 2024 19:53
155
Lemann İspaniyaya “uşaqların komandası” deyib

Almaniyalı veteran qapıçı Yens Lemann İspaniya yığmasının təcrübəsiz olduğunu bildirib.

İdman.biz xəbər verir ki, o, hətta ispanları “uşaqların komandası” adlandırıb.

O, qeyd edib ki, 1/4 finalda keçiriləcək Almaniya – İspaniya matçında həmvətənləri daha şanslıdır: “İspaniya yığması qrup mərhələsində daha yaxşı nəticə göstərdi. Texnika baxımdan onların daha yaxşı olduğunu demək olar. Amma onlar bəstəboy və təcrübəsizdirlər. Bu, “uşaqlar komandasıdır”. İspanların futbolçuları çox gəncdir. Məncə, Almaniya təcrübə hesabına yarımfinala yüksələ bilər”.

Qeyd edək ki, Almaniya – İspaniya matçı sabah saat 20:00-da start götürəcək.

İdman.biz