AVRO-2024-də qrup mərhələsinin ən sürətli və ən uzaq məsafədən vurulan qolları açıqlanıb.
İdman.biz xəbər verir ki, sloveniyalı Erik Yanza və danimarkalı Morten Yulmann fərqləniblər.
Hər iki qol C qrupunda qeydə alınıb. Sloveniya yığmasının Danimarkanın qapısından keçirdiyi qolun sürəti 128,76 km/saata bərabər olub. Danimarka yığmasının üzvü Yulmann isə 28 metrdən dəqiq zərbə ilə İngiltərəni məyus edib.
Qeyd edək ki, qolların qeydə alınmasında “Adidas Connected Ball” texnologiyasından istifadə olunub.
İdman.biz