AVRO-2024-ün 1/8 final matçlarının favoritləri açıqlanıb.
İdman.biz xəbər verir ki, “Opta” superkompüteri 1/4 finala adlayacaq komandaları müəyyənləşdirib.
Xüsusi proqramlarla çalışan bilgisayar İspaniyanın Gürcüstanı, Almaniyanın Danimarkanı, Portuqaliyanın Sloveniyanı keçəcəyini proqnozlaşdırıb. Kompüter Fransanın Belçikanı, Niderlandın Rumıniyanı mübarizədən kənarlaşdıracağını göstərib.
“Opta” Avstriya ilə üz-üzə gələcək Türkiyənin bu səddi keçə bilməyəcəyini vəd edib. Proqnoza əsasən, İngiltərə Slovakiyanı, İsveçrə İtaliyanı dayandıracaq.
Qeyd edək ki, 1/8 final oyunları iyunun 29-dan iyulun 2-dək keçiriləcək.
İdman.biz