34 il gözlənilən qələbə

Xəbərlər
25 İyun 2024 23:47
451
34 il gözlənilən qələbə

Avstriya yığması 34 ildən sonra rəsmi matçda Niderlanda qalib gəlib.

İdman.biz xəbər verir ki, Ralf Ranqnikin komandası AVRO-2024-ün qrup mərhələsində 3:2 hesabı ilə üstün olub.

Bu qələbə avstriyalılara qrup qalibi kimi pley-offa yüksəlmək imkanı verib. Avstriya millisi sonuncu dəfə Niderlandı 1990-cı ilin mayında yoldaşlıq matçında 3:2 hesabı ilə məğlub edib. Bundan sonra yığmalar arasında keçirilən 7 oyunda "narıncılar" (4 yoldaşlıq, 3 rəsmi) üstün olublar.

Qeyd edək ki, Avstriya tarixində 2-ci dəfə pley-offa vəsiqə qazanıb.

İdman.biz