Levandovski 4 çempionatda qol vurub, Polşa qələbə qazanmayıb

Xəbərlər
25 İyun 2024 22:41
129
Levandovski 4 çempionatda qol vurub, Polşa qələbə qazanmayıb

Robert Levandovski ardıcıl 4-cü dəfə Avropa çempionatlarında qol vurub.

İdman.biz xəbər verir ki, Polşa yığmasının forvardı Fransa ilə oyunda penaltidən fərqlənib.

Levandovski bu nəticəyə imza atan 3-cü futbolçu olub. Ona kimi Kriştiano Ronaldo və Luka Modriç 4 turnidə qol vurmağı bacarıb.

Maraqlıdır ki, Robertin qol vurduğu oyunlarda Polşa komandası heç vaxt qələbə qazanmayıb. Levandovskinin hesabında 5 belə qarşılaşma var.

Qeyd edək ki, AVRO-2024-də 1 xal toplayan Polşa D qrupunda sonuncu olub.

İdman.biz