Xorvatiyanın kapitanı Luka Modriç Avropa çempionatları tarixində qol vuran ən yaşlı futbolçu olub.
İdman.biz xəbər verir ki, o, İtaliya ilə görüşdə 38 yaş 289 günündə fərqlənib.
54-cü dəqiqədə penaltidən istifadə edə bilməyən Modriç cəmi 1 dəqiqə sonra dəqiq zərbə ilə topu qapıdan keçirib. O, Avstriya yığmasının hücumçusu İvitsa Vastiçin rekordunu 32 gün təzələyib. Vastiç AVRO-2008-də 38 yaş 257 günündə fəqlənib.
Qeyd edək ki, İtaliya - Xorvatiya matçı 1:1 hesabı ilə yekunlaşıb.
İdman.biz