Bu gün AVRO-2024-ün B qrupunda mübarizəyə yekun vurulub.
İdman.biz xəbər verir ki, III turun hər iki görüşü eyni vaxtda keçirilib.
İki qələbə ilə qrupda 1-ci yeri təmin edən İspaniya Albaniyanı da məğlub edib. Ferran Torresin 13-cü dəqiqədə vurduğu qol yeganə olub.
Digər qarşılaşmanın da taleyi son saniyələrdə həll olunub. Son Avropa çempionu İtaliya 90+8-ci dəqiqədə məğlubiyyətdən qaçıb. Qazanılan 1 xal İtaliyanı 1/8 finala yüksəldib. Hesabında 2 xal olan Xorvatiya isə Avropa çempionatı ilə vidalaşıb.
Qeyd edək ki, qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq.
AVRO-2024
Qrup mərhələsi, III tur
24 iyun, B qrupu
23:00. Albaniya – İspaniya - 0:1
Qol: Ferran Torres, 13
Baş hakim: Qlen Niberq (İsveç)
Düsseldorf Arena
23:00. Xorvatiya – İtaliya - 1:1
Qollar: Luka Modriç, 55 - Zakkani, 90+8
Luka Modriç penaltidən istifafə edə bilməyib, 54
Baş hakim: Danni Makkeli (Niderland)
Leyptsiq Ştadium
1 |
İspaniya |
3 |
3 |
0 |
0 |
5-0 |
9 |
2 |
İtaliya |
3 |
1 |
1 |
1 |
3-3 |
4 |
3 |
Xorvatiya |
3 |
0 |
2 |
1 |
3-6 |
2 |
4 |
Albaniya |
3 |
0 |
1 |
2 |
3-5 |
1 |
İdman.biz