“Biz ilk 20 dəqiqəni yaxşı oynadıq”.
İdman.biz xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella deyib.
İtaliyalı mütəxəssis AVRO-2024-ün 2-ci turunda Portuqaliyaya 0:3 hesablı məğlubiyyəti şərh edib: “Qol vəziyyətləri yaratsaq da, ilk səhvimizdə bizi cəzalandırdılar. İkinci qol – futbolda belə halla baş verir. Portuqaliya Avropanın ən yaxşı komandalarında biridir. Biz diqqətimizi növbəti oyuna yönəltməliyik”.
Qeyd edək ki, 2 oyundan sonra hesabında 3 xal olan Türkiyə yığması qrupda 2-cidir.
İdman.biz