Ukraynadan əzmkar qələbə - VİDEO

Xəbərlər
21 İyun 2024 18:54
747
Ukraynadan əzmkar qələbə - VİDEO

Bu gün AVRO-2024-ün E qrupunda II tura start verilib.

İdman.biz xəbər verir ki, günün ilk matçı Düseldorfda keçirilib.

Slovakiya Ukraynanı sınağa çəkib. Çempionata Belçikanı məğlub edərək sensasiya ilə başlayan İvan Qaşekin yetirmələri bu görüşə də yaxşı start veriblər. Erkən qol vuran slovaklar fasilədən sonra üstünlüyü qoruya bilməyiblər. 2 dəfə fərqlənən Ukrayna vacib qələbə qazanıb. Komanda ötən turda Rumıniyaya darmadağını unutdurub.

Qeyd edək ki, qrupda tura sabah keçiriləcək Belçika – Rumıniya matçı ilə yekun vurulacaq.

AVRO-2024
Qrup mərhələsi, II tur
21 iyun, E qrupu
17:00. Slovakiya - Ukrayna - 1:2
Qollar:
İvan Şranz, 17 - Mikola Şaparenko, 54. Roman Yaremçuk, 80
Baş hakim: Maykl Oliver (İngiltərə)
Düsseldorf Arena

1

Rumıniya

1

1

0

0

3-0

3

2

Ukrayna

2

1

0

1

2-4

3

3

Slovakiya

2

1

0

1

2-2

3

4

Belçika

1

0

0

1

0-1

0

İdman.biz

Məqalədə: