18-ci oyunda 5-ci dəfə

Xəbərlər
21 İyun 2024 01:26
443
18-ci oyunda 5-ci dəfə

AVRO-2024-də 5-ci avtoqol qeydə alınıb.

İdman.biz xəbər verir ki, İtaliya yığmasının müdafiəçisi Rikkardo Kalafiori topu öz komandasının qapısından keçirib.

Onun uğursuzluğu turnirin 18-ci matçı - İspaniya (0:1) ilə görüşdə reallaşıb. Bundan əvvəl Klaus Qyasula (Albaniya), Antonio Rudiger (Almaniya), Maksimilian Veber (Avstriya) və Robin Hranaç (Çexiya) qapıların yerini səhv salıblar.

Qeyd edək ki, futbolçular AVRO-2020-də 11, AVRO-2016-da 3, AVRO-2012-də isə cəmi 1 dəfə avtoqolla yadda qalıblar.

İdman.biz