AÇ və DÇ-də ilk: həm öz, həm rəqib qapısına qol vurub

Xəbərlər
19 İyun 2024 19:39
134
AÇ və DÇ-də ilk: həm öz, həm rəqib qapısına qol vurub

Albaniyalı yarımmüdafiəçi Klaus Qyasula futbol tarixinə düşüb.

İdman.biz xəbər verir ki, o əvəzetmədən meydana daxil olaraq, hər 2 qapını dəqiq nişan alan ilk oyunçudur.

Bu, Avropa və dünya çempionatlarında yaşanan ilk hadisədir. 76-cı dəqiqədə avtoqola imza atan Qyasula 90+6-cı dəqiqədə Albaniya millisini məğlubiyyətdən xilas edib. O, dəqiq zərbə ilə topu Xorvatiyanın qapısından keçirib. Klaus həm də sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, Albaniya – Xorvatiya qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.

İdman.biz