Albaniya 1 xalı 90+5-ci dəqiqədə qazanıb - VİDEO

Xəbərlər
19 İyun 2024 18:56
636
Albaniya 1 xalı 90+5-ci dəqiqədə qazanıb - VİDEO

Bu gün AVRO-2024-də qrup mərhələsinin II turuna start verilib.

İdman.biz xəbər verir ki, günün ilk matçı Hamburqda baş tutub.

B qrupunun oyununda ilk turun uğursuzları üz-üzə gəlib. Çempionata məğlubiyyətlə başlayan Xorvatiya və Albaniyanın görüşündə qapılara 4 qol vurulub. Albanlar hesabı erkən açsalar da, xorvatiyalılar 3 dəqiqəyə 2 dəfə fərqləniblər. Amma əsas vaxta əlavə olunmuş dəqiqələrdə Albaniya millisi məğlubiyyətdən qaça bilib. Avtoqola imza ataraq, komandasını pis vəziyyətdə qoyan Qyasula bu dəfə rəqibin qapısını dəqiq nişan alıb - 2:2.

Qeyd edək ki, turun sabah keçiriləcək digər matçında İspaniya və İtaliya üz-üzə gələcək.

AVRO-2024
Qrup mərhələsi, II tur
19 iyun, B qrupu
17:00. Xorvatiya - Albaniya - 2:2
Qollar:
Andrey Kramariç, 74. Klaus Qyasula, 76 (öz qapısına) - Qazim Laçi, 11. Klaus Qyasula, 90+5
Baş hakim: Fransua Leteksye (Fransa)
Hamburq. Folksparkştadion

1

İspaniya

1

1

0

0

3-0

3

2

İtaliya

1

1

0

0

2-1

3

3

Albaniya

2

0

1

1

3-4

1

4

Xorvatiya

2

0

1

1

2-5

1

İdman.biz

Məqalədə: