Portuqaliyalı müdafiəçi Pepe Avropa çempionatları tarixinə düşüb.
İdman.biz xəbər verir ki, o, meydana çıxan ən yaşlı futbolçu olub.
AVRO-2024-ün ilk turunun Çexiya ilə görüşündə Pepenin 41 yaş 113 günündə start heyətində yer alıb. Təcrübəli futbolçu macarıstanlı qapıçı Qabor Kirayın rekordunu təzələyib. Kiray AVRO-2016-da 40 yaş 86 günündə meydanda olub.
Turnirin tarixində 3-cü ən yaşlı oyunçusu isə Kriştiano Ronaldo olub. O, Çexiyaya qarşı 39 yaş 134 günündə Avropa çempionatında meydana çıxmaq şansı qazanıb.
İdman.biz