Almaniya millisinin hücumçusu Niklas Fyllkruq “bundestim” azarkeşinin əlini sındırıb.
İdman.biz xəbər verir ki, hadisə AVRO-2024-ün Şotlandiya ilə açılış matçı öncəsi baş verib.
İsinmə hərəkətləri zamanı Niklasın zərbə ilə qapıya göndərdiyi top ön sırada oturan azarkeşin əlinə dəyib. Əli qırılan 43 yaşlı fanat dərhal xəstəxanaya yerləşdirilib. Azarkeş oyunu planlaşdırdığı kimi stadionda yox, palatada izləyib.
Qeyd edək ki, Almaniya Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.
İdman.biz