AVRO-2024-də qeyri-adi YUXU

Xəbərlər
18 İyun 2024 14:48
348
AVRO-2024-də qeyri-adi YUXU

AVRO-2024-də qeyri-adi hadisə baş verib.

İdman.biz xəbər verir ki, bu, İngiltərə və Serbiya yığmaları arasında matçda yaşanıb.

Futbolun yaradıcılarının azarkeşlərindən biri oyunu içkili vəziyyətdə izləməyə başlayıb. Sərxoş fanat matçın gedişində yuxulayıb və Helzenkirhendəki arenada olan səs-küy də onu şirin yuxudan oyatmayıb.

Qarşılaşmadan sonra nə azarkeşlər onu səsləyib, nə də polis və stüardlar görüb. Arenada yatıb qalan ertəsi gün səhər saat 4-də oyandıqda stadion boş olub.

Qeyd edək ki, İngiltərə millisi Serbiyanı 1:0 hesabı ilə məğlub edib.

İdman.biz

Məqalədə: