Jiru üçün tarixi oyun

Xəbərlər
18 İyun 2024 13:05
433
Jiru üçün tarixi oyun

Olivye Jiru adını Fransa millisinin tarixinə yazdırıb.

İdman.biz xəbər verir ki, o, yığmasının heyətində Avropa çempionatlarının final mərhələlərində forma geyinən ən yaşlı futbolçu olub.

Jiru bunu Avstriya ilə qarşılaşmanın 90-cı dəqiqəsində meydana çıxmaqla rəsmiləşdirib. 37 yaş 261 günlüyündə Fransa millisinin formasını geyinən forvard AVRO-2000-də 37 yaş 75 günlüyündə meydana çıxan Bernar Lamanı geridə qoyub.

Fransa yığmasında 129 oyunla Uqo Lyoris (145) və Lilian Türamdan (142) geri qalan Jiru qol sayında isə birincidir (56).

Qeyd edək ki, Fransa qrup mərhələsinin ilk turunda Avstriyanı 1:0 hesabı ilə məğlub edib.

İdman.biz

Məqalədə: