Millimizin rəqibindən sensasiya – 8 il əvvəlki ssenari unudulmayıb

Xəbərlər
17 İyun 2024 22:51
852
Millimizin rəqibindən sensasiya – 8 il əvvəlki ssenari unudulmayıb

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibi Slovakiya AVRO-2024-ə qələbə ilə start verib.

İdman.biz xəbər verir ki, komandanın Belçika üzərində 1:0 hesablı qələbəsi sensasiya kimi qəbul olunub.

Ardıcıl 3-cü dəfə Avropa çempionatının final mərhələsində oynayan slovaklar 3-cü qələbələrinə imza atıblar. Slovakiya AVRO-2016-da budəfəki kimi qrupun ilk matçında Polşa komandasını məğlub etsə də, sonradan ardıcıl 2 oyunda uduzub. Nəticədə 3 xalla 3-cü olan slovaklar pley-offa yüksələ bilməyiblər.

Millimizin gələcək rəqibi AVRO-2020-də daha uğurlu çıxış edib. İlk görüşdə Uelsə 1:2 hesabı ilə uduzan Slovakiya yığması növbəti turda eyni nəticə ilə Rusiyadan güclü olub. Son turda güclü İngiltərə (0:0) ilə oyunda qazanılan 1 xal komandanı 1/8 finala yüksəldib. Amma bu mərhələdə slovaklar Almaniyaya 0:3 hesablı məğlubiyyətdən qaça bilməyiblər.

İlk turdakı qələbə Slovakiyanı növbəti mərhələyə xeyli yaxınlaşdırıb. Amma iyunun 21-də Ukrayna, 26-da isə Rumıniya ilə oyunlarda komandanın işi asan olmayacaq. Güclü rəqiblə görüşdəki qələbədən sonra eyforiyaya qapılmaq olmaz. AVRO-2016-dakı aqibəti yaşamamaq üçün Françesko Kalzonanın yetirmələri iki oyunda minimum 1 xal qazanmalıdırlar.

İdman.biz