Ukrayna antirekordunu yeniləyib

Xəbərlər
17 İyun 2024 20:58
327
Ukrayna antirekordunu yeniləyib

Ukrayna yığması Avropa çempionatlarında antirekorduni yeniləyib.

İdman.biz xəbər verir ki, Münhendə rumınlardan 3 cavabsız qol görən komanda qitə çempionatında indiyədək keçirdiyi heç bir oyunda qapısını toxunulmaz saxlaya bilməyib.

Son matç da daxil iştirak etdiyi 4 yarışda ukraynalılar ümumilikdə 24 top buraxıb. Bununla da onların antirekordu 12 matça yüksəlib.

Qeyd edək ki, Ukraynadan başqa, indiyədək keçirilən qitə çempionatlarında yalnız İslandiya və Makedoniya oynadıqları bütün oyunlarda qapısında qol görüb ki, onlardan da biri cəmi 5, digəri isə 3 oyun keçirib.

İdman.biz