Ronaldoya QADAĞA

Xəbərlər
17 İyun 2024 13:51
762
Ronaldoya QADAĞA

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines Kriştiano Ronaldoya qadağa qoyub.

İdman.biz xəbər verir ki, dostları onunla eyni oteldə qala bilməz.

Əvvəlki turnirlərdə dostları Kriştianonun yanında olur, portuqaliyalı ulduza dəstək verirdilər. Hətta onlara xüsusi otaqlar da ayrılıb. Amma bu dəfə vəziyyət dəyişib. Baş məşqçi futbolçunun və komanda yoldaşlarının oyunlara yüksək konsentrasiya olması üçün Ronaldonun güzəştlərinin aradan qaldırılmasını istəyib.

Qeyd edək ki, Portuqaliya F qrupunda Çexiya, Türkiyə və Gürcüstanla yarışacaq. Komanda ilk oyununu sabah çexlərə qarşı keçiriəcək.

İdman.biz