İngilislərin quru rekordu

Xəbərlər
17 İyun 2024 01:31
632
İngilislərin quru rekordu

İngiltərə yığması Avropa çempionatında ardıcıl 5-ci dəfə qrup matçında meydanı qol buraxmadan tərk edib.

İdman.biz xəbər verir ki, Serbiyaya 1:0 hesabı ilə qalib gələn komanda turnirin rekorduna imza atıb.

İngilislərin quru seriyası AVRO-2016-dan başlayıb. Həmin turnirdə qrup mərhələsinin son qarşılaşmasında Slovakiya (0:0) ilə heç-heçə oynayan İngiltərə AVRO-2020-də qrup mərhələsində qapısını toxunulmaz saxlayıb. Onlar Xorvatiya (1:0) və Çexiyaya (1:0) qalib gəliblər, Şotlandiya (0:0) ilə görüşdə isə hesab açılmayıb.

Qeyd edək ki, Qaret Sautgeytin komandası Avropa çempionatında növbəti oyununu iyunun 20-də Danimarkaya qarşı keçiriəcək.

İdman.biz