Əsrin siftəsi

Xəbərlər
17 İyun 2024 00:24
654
Əsrin siftəsi

Niderland yığması Avropa çempionatları tarixində əsrin ilkini rəsmiləşdirib.

İdman.biz xəbər verir ki, Ronald Kumanın rəhbərlik etdiyi komanda 21-ci əsrdə ilk əzmkar qələbəsinə sevinib.

AVRO-2024-də polşalılarla matçda ilk qolu buraxan niderlandlılar yekunda oyunu qələbə ilə bitiriblər - 2:1. Daha öncə belə qələbə 1988-ci ildə almanlarla yarımfinal (2:1), 2000-ci ildə isə iki dəfə geri düşdükləri Fransaya (3:2) qarşı son qrup matçında əldə edilib.

Hamburqdakı matçda hesabı bərabərləşdirən Kodi Qapko qitə çempionatlarında ilk qolunu vurub. Əzmkar qələbəni 83-cü dəqiqə qolu ilə təmin edən Vout Veqhorst isə turnirin final mərhələlərində ikinci dəfə fərqlənib.

İdman.biz