Macarıstan millisinin futbolçusu Dominik Soboslai Avropa çempionatları tarixinə düşüb.
İdman.biz xəbər verir ki, yarımmüdafiəçi AVRO-2024-ün hazırda İsveçrəyə qarşı keçirilən matçına kapitan kimi çıxıb.
Dominik qitə çempionatları tarixində oyuna kapitan kimi başlayan ən gənc futbolçudur. O, 23 yaş 7 ay, 21 günlüyündə bu rekorda imza atıb.
Qeyd edək ki, hazırda Macarıstan millisi 0:2 hesabı ilə uduzur.
İdman.biz