İspaniyadan inamlı start - VİDEO

Xəbərlər
15 İyun 2024 21:55
779
İspaniyadan inamlı start - VİDEO

Bu gün AVRO-2024-ün B qrupunda mübarizəyə start verilib.

İdman.biz xəbər verir ki, "Ölüm qrupu"nun ilk oyununda İspaniya ilə Xorvatiya üz-üzə gəlib.

Matç Berlindəki Olimpiya stadionunda baş tutub. İspaniya böyükhesablı qələbə qazanıb. Onlar Xorvatiyanın qapısından 3 cavabsız top keçiriblər. Bütün qollar birinci hissədə vurulub.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda İtaliya və Albaniya görüşəcək.

AVRO-2024
Qrup mərhələsi, I tur
15 iyun, B qrupu
20:00. İspaniya - Xorvatiya - 3:0
Qollar:
Alvaro Morata, 29. Fabian Ruis, 32. Dani Karvahal, 45+2
Baş hakim: Maykl Oliver (İngiltərə)
Berlin. Olimpiya stadionu

İdman.biz

Məqalədə: